MedEra Hospital
  • Our Location
  • Bakı şəhəri, Əcəmi Naxçıvani 53
  • Phone
  • +994 (12) 992 / (+994 12) 561 03 03 / (+994 55) 455 03 03

“MedEra Hospital” 19 Noyabr 2012-ci ildən fəaliyyət göstərir. “MedEra Hospital” Mütəxəssislər komandasıdır. Bizim komandamız hər zaman sizin sağlamlığınızın keşiyində durmağa hazırdır. Klinikada hər cür şərait yaradılıb ki, xəsətələr müalicə vaxtı özünü komfortlu hiss etsin. Hər bir xəstəyə fərdi yanaşma vardır. Burada həmçinin xəstələrin finans məsələləri nəzərə alınır.

Klinika Avropa və Amerikada aparıcı şirkətlərin müasir diaqnostika və müalicə avadanlıqları ilə təchiz olunub.


Klinikamızın aşağıdakı  tibbi şöbələri vardır:

Terapiya, Kardiologiya, Pediatriya, Oftalmologiya, LOR, Cərrahiyyə, Neyrocərrahiyyə, Anesteziologiya və Reanimasiya, Şüa Diaqnostikası (Uzi, Rentgen, Exokardioqrafiya, Anqigrafiya), Laborator Diaqnostika. Təcili yardım şöbəsində 24 saat təcili tibbi çağırış etmək mümkündür.Klinikamızda 4 əməliyyat və 1 reanimasiya otaqları xidmət göstərir. Gecə-gündüz Sizin sağlamlığınızın keşiyində durmağa hazırıq. Stasionar şöbəsində 48 çarpayı. O cümlədən reanimasiya şöbəsində, 4 ədəd 1 nəfərlik, 5 ədəd 2 nəfərlik,3 ədəd VİP və 3, 4 nəfərlik palatalar vardır.

Bizim klinikamızın həkimləri öz işlərinin peşəkar mütəxəssisləridir. Həkimlərimiz Türkiyə və Avropada təcrübələnmiş həkimlərdir. Klinikamızın əsas məqsədi yüksək tibbi xidmət və onların Beynəlxalq standartlara cavab verməsidir. “MedEra Hospital” həftənin hər günü 24 saatlıq iş qrafiki ilə sizin xidmətinizdədir.

Mədə kiçiltmə əməliyyatı üçün yeni il endirimləri başlandı!
Op.Dr.Fərid Rəfiyev- Ümumi və bariatrik cərrah.

Ətraflı