Anesteziya “hissiyyat deffekti,hisslərdən məhrum olmaq” deməkdir.   Anesteziya zənn edildiyindən daha geniş bir bölmədir. Operativ  müdaxilə  yaxud da aqressiv diaqnostik prosedura zamanı xəstənin ağrı  duymaması, rahatlığının təmin edilməsi, eyni zamanda həyati vacib funksiyalarının idarə olunmasını təmin edən şöbədir. Əməliyyatxanadan başqa MRT,KT, Rentgenoskopiyalarda,ürəyin kateterizasiyasında və s. monitorinqin təmini üçün anestezioloqun iştirakı mütləq hala çevrilmişdir. Hər hansı bir əməliyyat olunacağınız zaman əməliyyatdan əvvəl anestezioloq həkimlərimiz pasiyenti müayinə edərək, olunacaq əməliyyat üçün ən uyğun narkoz növünə sizinlə birgə qərar verirlər.

Anesteziologiyanın bir bölməsi də  Reanimatologiyadır. Reanimatologiya yenidən canlandırma  adlanır və hər hansı səbəbdən həyati təhlükəsi olan xəstəyə ilk yardım və cənlandırma tədbirləri görülərək, səbəb aradan qaldırılmasını təmin edir.

Hospitalımızda əməliyyat zamanı istifadə olunan anesteziya üsulları aşağıdakılardır:

• Ümumi anesteziya.

• Regionar anesteziya.

• Lokal(yerli)anesteziya

• Sedasiya.

Ad, soyad İxtisas Bölmələr
Dr.Fərhad Məlikov Şöbə müdiri - Anestezioloq Reanimatoloq
Uzm.Dr. İsmail Gökyar Alqoloq-reanimatoloq
Dr. Elgün Cəbrayılov Anestezioloq - Renimatoloq və Ağrı uzmanı
Dr. Aygün Məmmədova Anestezioloq Reanimatoloq
Uzm. Dr. Kahraman Seyfidarov Anestezioloq - Renimatoloq və Ağrı uzmanı