Bu şöbədə məqsəd xəstələrin əzələ skelet sistemi ağrılarını və funksional pozuqluqlarını müalicə edərək həyat keyfiyyətlərini artırmaq və eyni zamanda müxtəlif səbəblərlə (travma, qəza və s.) fiziki funksiyalarını itirmiş kəslərə kömək etməkdir. Həkimlərin vəzifəsi pasiyentləri mümkün olan ən yaxşı fiziki və psixoloji səviyyəyə qaldıraraq, gündəlik həyatlarında və işlərində müstəqil, məhsuldar və özünə etibarlı səviyyəyə çattırmaq, sağlam olanlara da əzələ, oynaq və bağ toxuması xəstəliklərindən qorunmağı öyrətməkdir. Şöbədə fəaliyyət göstərən tibbi masajistlər həkimlərin təyin etdiyi masaj növünü pasiyentə tətbiq edərək müxtəlif növ ağrılarınızdan qurtulmağa sizə kömək etməkdədirlər. Reabilitasiya şöbəsində müalicə beynəlxalq  FBİ sertifikatlı İsveçrə istehsalı Giger MD və Finlandiya istehsalı David neyrospinal aparatları ilə aparılır. 

Ad, soyad İxtisas Bölmələr
Dr. Gülnarə Nuruzadə Şöbə müdiri - Fizioterapevt və Reabilitoloq
Dr. Ülkər Zeynəlova Fizioterapevt
Dr. Rəhimə Ateş Fizioterapevt və Reabilitoloq
Dr. Rəhilə Yusifova Fizioterapevt
Dr.Elmira Həsənova Fizioterapevt
Dr.Ahu Mustafayeva Monual Onurğa Terapevti
Dr. Sevinc Oruçova Fizioterapevt