Dermatologiya – dəri, saç, dırnaq  ve cinsi yolla yoluxan xəstəliklərin  diaqnozunun qoyulması və müalicəsini aparır. Ekzema, atopik dermatit, akne (sivilcə), sədəf  və bu kimi xəstəliklər, cinsi münasibətlə keçən infeksiyalar, ziyil, uçuq, göbələk xəstəlikləri, yoluxucu dəri xəstəlikləri, xoşxassəli və bədxassəli dəri xərçəngi, saç xəstəlikləri, dırnaq xəstəlikləri, xallar, qaşıntılı dəri xəstəlikləri, Vitiligo kimi xəstəliklər ən çox rastlanılan dermatoloji xəstəliklərdir.

• Vitiliqo
• Psoriaz
• Aknelərin müalicəsi
• Papiloma və ziyillərin müalicəsi
• Virus xəstəlikləri (Herpes,kontagioz mollyusk və s.)
• Dırnaq xəstəlikləri və s.

Kosmetologiya - insan orqanizminin estetik problemləri, onların səbəbləri, simptomları və korreksiya metodları ilə məşğul olan bir sahədir. Şöbə müasir metod və avadanlıqlarla çalışan ixtisaslı kosmetoloqlar pasientlərə istənilən yaşda gözəl görünməyə kömək edirlər.Yüksək təcrübəyə malik, sertifikatlı həkimlər bir çox problemlərdən azad olmaqda sizə kömək edərlər.

“HİFU” aparatı ilə inyeksiyasız, ağrısız üz dərisinin LİFTİNQİ.

Fraksion lazer CO2 vasitəsi ilə müalicə olunur.
- İntim zonanın ağardılması
- Sidik qaçırmaların aradan qaldırılması
- Uşaqlıq yolunun daraldılması
- Yanıq izlərinin,Əməliyyatdan sonrakı çapıqların silinməsi
- Sızanaq və cizvələrdən sonrakı iri məsaməli dəri səthinin müalicəsi

- Karbon pilinqlə dəridəki ləkələrin aradan qaldırılması, böyümüş məsamələrin yığılması, yağlanma nizamsızlığı və dəri sallanmaları aradan götürülür.

- Lazerlə tatunun silinməsi

Ad, soyad İxtisas Bölmələr
Dr. Aynur Musəvi Kosmetoloq
Dr.Azər Şamilov Dermatoloq - Veneroloq
Dr.Ceyhunə Əhmədzadə Dermatoloq, Allerqoloq
Dr.Afaq Məcidova Dermatologiya - Kosmetologiya