Hospitalın cərrahiyyə şöbəsində ümumi cərrahi əməliyyatlar, ginekoloji,endoskopik, uro-androloji, plastik-estetik-rekonstruktiv, uşaq cərrahiyyəsi, otorinolarinqoloji,neyrocərrahi , travmatoloji-ortopedik, dammar cərrahiyyəsi,torakal, endokrin, oftalmoloji əməliyyatlar  mütəxəssis həkim və personal kollektivi tərəfindən  peşəkarlıqla icra olunur.

Stasionar şöbəsində 2 çarpayılı palatalarla yanaşı, tək çarpayılı, uşaq palataları və VİP palatalar var. Palatalar müasir tibbi təlabatlara və standartlara uyğun təşkil edilmişdir. Xəstələrin   və hər birində daimi işıq, su, kondisioner, televizor var. Xəstələrin rahatlığını və xidmətin operativliyini təmin etmək məqsədilə palatadakı hər bir çarpayıda xidməti personalı çağırmaq üçün həyəcan düyməsi var. Palatalarda sanitariya və gigiyenik qaydalara yüksək səviyyədə əməl olunur.

Ümumi cərrahi əməliyyatlar:

- Laparoskopik bariatriya əməliyyatı

- Laparoskopik üsulla diafraqmal yırtıqların müalicəsi

- Laparoskopik qida borusunun daralması müalicəsi

- Laparoskopik üsulla öd daşı xəstəliyinin müalicəsi və s.

Ad, soyad İxtisas Bölmələr
T.e.n. Dr. Fərid Rəfiyev Cərrahiyyə Şöbəsinin Müdiri
T.e.n Dr. Anar Namazov Bariatriya Şöbəsinin müdiri
Op.Dr. Ömər Arikan Tibbi Direktor, Ümumi cərrah
Dr. Fariz İsayev Damar cərrahı
Op. Dr. Günel Bayramlı Şöbə müdiri - Plastik və Estetik cərrah
Prof. Zəfər Fərəh Koşe Ümumi cərrah
Prof. Dr. Aliriza Erçoçen Plastik Estetik və Rekonstruktiv cərrah
Op. Dr. Ali Zırh Neyrocərrah
Prof. Dr. Reha Yavuzer Plastik Estetik və Rekonstruktiv cərrah
Uzm. Op. Dr. Tural Hidayətov Uzman Neyrocərrah
Dr.Renat Murtuzayev Rekonstruktiv – Plastik Cərrah, Kombustioloq.
Dr. Kamran Ağayev Nevroloq, alqoloq
Dr. Əliosman Qədimbəyli Neyrocərrah